суббота, 19 ноября 2011 г.

НОРМРАСП


Qohum funksiyalar:



 

Sintaksis:
    НОРМРАСП(х;среднее;стандартное_откл;интегральная)
Nəticə:
    Normal paylanmanı hesablayır.
Arqumentlər:

  • х: normal payllanması hesablanan qiymət;
  • среднее: paylanmanın orta hesabi qiyməti;
  • стандартное_ откл: paylanmanın standart meyli;
  • интегральная: funksiyanın formasını təyin edən məntiqi qiymət. Интегральная = 1 olduqda НОРМРАСП paylanmanın inteqral funksiyasını, интегральная = 0 olduqda isə diferensial funksiyasını hesablayır.

Qeydlər:

  • əgər среднее və ya стандартное_ откл arqumenti ədəd deyildirsə, onda НОРМРАСП funksiyası #ЗНАЧ! səhvi haqqında məlumat verir;
  • стандартное _откл < 0 olduqda НОРМРАСП funksiyası #ЧИСЛО! səhvini göstərir;
  • əgər среднее = 0 və стандартное_ откл =1 isə НОРМРАСП   funksiyası standart normal paylanmanı hesablayır (НОРМСТРАСП  funksiyasının təsvirinə bax).
   

Riyazi-statistik interpretasiya:

Normal paylanma sıxlığının tənliyi aşağıdakı şəkildədir:


 
 Normal paylanmanın inteqral funksiyası isə aşağıdakı tənlikdən tapılır:

НОРМРАСП funksiyası интегральная = 0 olduqda birinci tənlikdən, интегральная = 1 olduqda isə ikinci tənlikdən istifadə edir. Məsələn, =НОРМРАСП(42;40;1,5;0) funksiyası 0,109 qiymətini,  =НОРМРАСП(42;40;1,5;1) funksiyası isə 0,909 qiymətini hesablayır. 
Normal paylanma bir çox maraqlı xassələrə malikdir.

NORMAL PAYLANMANIN XASSƏLƏRİ

Misal
X təsadüfi kəmiyyəti M0=20 və σ=3 parametrli normal paylanmadır. Paylanma sıxlığının və paylanma funksiyasının x=24,5 nöqtəsində qiymətlərini hesablamalı.

Həlli





 
İndi də bu məsələni НОРМРАСП funksiyası vasitəsilə həll edək.
1.    Nəticənin yazılacağı xananı seçək ($A$4).
2.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından НОРМРАСП funksiyasını seçək. Bu zaman НОРМРАСП funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
3.    X sahəsinə daxil olaraq x=24,5 qiymətini yazaq.
4.    Среднее sahəsinə daxil olaraq M0 =20 qiymətini yazaq.
5.    Стандартное_откл daxil olaraq σ=3  qiymətini yazaq.
6.    Интегральная sahəsinə daxil olaraq həmin sahəyə ЛОЖЬ məntiqi qiymətini daxil edək.
7.    OK düyməsini basdıqdan sonra $A$4 xanasında hesablamanın nəticəsi olan 0,043 qiyməti əmələ gələcəkdir.
Qeyd. Əgər Интегральная sahəsinə ИСТИНА məntiqi qiymətini daxil etsək, onda $A$4 xanasında 0,993 qiyməti əmələ gələcəkdir.